logo

"Koronavirus bayramı"nı qeyd edən şirkət əməkdaşları cərimələndi

19:50 09-02-2021 | icon 1694
"Koronavirus bayramı"nı qeyd edən şirkət əməkdaşları cərimələndi

Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən "Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.

  YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, Fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, "karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.

Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.

Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.