logo

Azərbaycanda son illər su ehtiyatları azalmağa doğru gedir

15:55 09-02-2021 | icon 2121
Azərbaycanda son illər su ehtiyatları azalmağa doğru gedir

Son 7-8 ildir ki, Azərbaycanda, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir.

YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: "Bütün bunları nəzərə alaraq son 5-6 ildə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər davam etdirilməlidir".