Rusiyanın kənd təsərrüfatı texnikası istehsal edən “Rostselmaş” şirkətlər qrupu Azərbaycanda kombayn istehsalına başlanması məsələsini müzakirə edir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayəti qubernatorunun müavini İqor Sorokin deyib.
İ.Sorokin xatırladıb ki, Özbəkistan ilə artıq belə əməkdaşlıq əlaqələri qurulub. Özbəkistanın Çirçik şəhərində yaradılmış müştərək müəssisə yüksək texnologiyalı kənd təsərrüfatı texnikası istehsal edir.
“İnterfaks” agentliyinin məlumatına görə, “Rostselmaş”ın baş direktoru Valeri Maltsev hələ 2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı texnikası yığılmasında ixtisaslaşan müəssisə yaradılması planı barədə məlumat vermişdi. Layihənin 2020-ci ildə gerçəkləşdirilməsi və ilkin mərhələdə 50-dək kombayn istehsal edilməsi planlaşdırılırdı.
Xatırladaq ki, 2019-cu ildə “Rostselmaş” və “Azərmaş” Azərbaycanda “Nova” markalı kombaynların istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə də imzalayıb.