Keçmiş məhkumdan 30 kq narkotika və tapança götürüldü
Daxili İşlər Nazirliyinin(DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı yüksək təsiredici xassəyə malik 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 patron aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram metamfetamin, həmçinin güclü təsiredici xassəyə malik 1100 ədəd “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Altay Əhmədov xarici ölkələrdən birinin şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, narkotik vasitələri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Altay Əhmədov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakıda, eləcə də ölkə ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməyi planlaşdırıb.
Saxlanılan şəxs narkotik vasitələrin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və bu kimi digər maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. Onun narkotik vasitələrin satışını təşkil edən zaman tanınmamaq və gizliliyini qorumaq üçün ünsiyyətdə olduğu şəxslərə özünü “Bağban” adı ilə təqdim etdiyi məlum olub.
Altay Əhmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, adıçəkilən şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb