logo

Atəşkəsdən sonra 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub - RƏSMİ

12:41 09-02-2021 | icon 1841
Atəşkəsdən sonra 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub - RƏSMİ

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir”.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu mətbuat xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar hazırladığı videoçarxda bildirlib. 

Qeyd edilib ki, 10 noyabr 2020-ci ildən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək".

Həmin maarifləndirici videoçarxı Prokurorluğun sosial şəbəkə səhifələrindən izləmək mümkündür.