logo

Neftçalada bələdiyyəsi sədr həbs edildi

12:22 09-02-2021 | icon 1988
Neftçalada bələdiyyəsi sədr həbs edildi

Neftçala rayonun Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon Prokurorluğunda araşdırma aparılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Neftçala rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla Qismət Qəfərovun qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş bələdiyyə əmlakını - 7650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.