Pandemiya dövründə Azərbaycanda böyüyən və kiçilən banklar məlum olub.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev özünün “Facebook” hesabında status paylaşıb.
Ekspert qeyd edib ki, 2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-i böyüyüb: “Ən çox kiçilmə AFB bankda olub. Bu bankın aktivlərinin həcmi 2 dəfəyə yaxın azalıb. Sonrakı sıralarda Bank Respublika (-26,8%), Yelo Bank (-21,4%), Yapı Kredi (-18.8%), Muğan Bank (-10.6%) və s.
Ən çox böyüyən Naxçıvan Bank (28,7%) olub. Böyüyən bankların sonrakı sıralaması belə olub:
Kapital Bank (26,2%), BankVTB (19%), Ziraat Bank (18%), Paşa Bank (15,6%) və s.-dir”, - deyə Rövşən Ağayev qeyd edib.