“Baku Steel Company”-də yeni baş direktor təyin edildi
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib.
YeniAvropa xəbər verir ki, müəssisənin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.
"Azərbaycanın ilk metallurgiya şirkəti olan “Baku Steel Company” metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindən biridir. Hazırda şirkətin müssisələrində 1500-dək işçi heyəti çalışır.
Müasir texnoloji avadanlıqlara və istehsal xətlərinə malik müəssisəmizin məhsulları daxili bazarda yüzlərlə müxtəlif şirkətlər və müştərilərimiz tərəfindən istehlak edilir, həmçinin bır sıra ölkələrə ixrac edilir.
Son günlərdə şirkətimiz barədə yer almış müxtəlif yoxlanılmamış məlumatlarla bağlı bildiririk ki, hazırda şirkətimizə daxil olan bütün müəssisələr öz fəaliyyətini normal axarında davam etdirir, zavodlarımızda yüksək standartlara cavab verən məhsullar istehsal edilir.
“Baku Steel Company” şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində bundan sonra da şəffaf əsaslarda davam etdirməyə sadiqdir. Şirkətimizin rəhbərliyi müəssisəyə dəstək göstərmiş bütün dövlət orqanlarına təşəkkür edir, həmçinin öz istehlakçılarını və təchizatçılarını əmin edir ki, şirkətin fəaliyyətində ən yüksək standartların tətbiqi ilə bağlı bütün müvafiq dəyişikliklər aparılacaqdır",-deyə şirkətin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Kamal Mirsahib oğlu İbrahimov bir neçə il bundan əvvəl bağlanan “Bank Standard”ın idarəçisi olub.
Xatırladaq ki, fevralın 3-də “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır