Ağsu rayon Mərkəzi Xəstəxanasının(RMX) baş həkimi işdən çıxarılıb.
YeniAvropa xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub.
Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.
Xatırladaq ki, vəzifəsindən azad olunan Ş.Məlikova fevralın 4-də təkrar külli miqdarda rüşvət alma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham olunaraq həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısının həyat yoldaşıdır.