İrandan Azərbaycana 73 kq narkotika keçirmək istədilər
Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, fevralın 7-də Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda dörd nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara “Dayan!” komandası verilib, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.
Sərhəd zastavası “Silaha!” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.
Əraziyə baxış zamanı dörd ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkarlanaraq götürülüb.
Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanıb, digər üç nəfər ərazinin mürəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaşıblar.
Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilib, Yardımlı rayonunun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyənləşdirilərək saxlanılıblar.
Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qayalıqdan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb