Azərbaycanda koronavirusa yoluxanların 52,2 faizi Bakı şəhərinin payına düşür.
YeniAvropa xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13,3 faizə çıxıb. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. Quba-Xaçmazda 3,0, Şəki- Zaqatala rayonlarında 3,2, Lənkəran rayonunda 2,9, Yuxarı Qarabağ bölgəsində 1,4, Dağlıq Şirvan ərazilərində isə 2,5 faiz yoluxma qeydə alınıb.
Son statistikaya görə, Naxçıvanda koronavirusa yoluxma halı 0,005 faiz təşkil edib.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.