logo

Şamaxıda maqnitudası 3,8 olan zəlzələ baş verib

11:09 08-02-2021 | icon 1876
Şamaxıda maqnitudası 3,8 olan zəlzələ baş verib

Fevralın 8-də Qobustan seysmoloji stansiyasından 31 kilometr cənubda – Şamaxı rayonunda maqnitudası 3,8 olan zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.