Fevralın 8-də Qobustan seysmolojı stansiyasından 31 kilometr cənubda – Hacıqabul rayonunda maqnitudası 3,9 olan zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:11-də qeydə alınıb.
Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.