logo

Dünya Bankı Azərbaycanla  anlaşma memorandumu imzalayacaq

16:14 06-02-2021 | icon 2387
Dünya Bankı Azərbaycanla  anlaşma memorandumu imzalayacaq

Azərbaycan Dünya Bankı ilə Xəzərdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq.

YeniAvropa Energetika Nazirliyinə istinadla xəbər verir ki, Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə nazirlik Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir.

“Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək.