logo

Ermənistandakı 5,5 ballıq zəlzələ Azərbaycanda da hiss olunub

20:13 05-02-2021 | icon 1687
Ermənistandakı 5,5 ballıq zəlzələ Azərbaycanda da hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələnin dərinliyi 2 kilometr olub.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.