Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, küləyin sürəti Daşkəsəndə 25, Gəncədə 24, Xaçmaz, Naftalanda 22, Mərəzə, Xınalıq, Ağstafada 20, Şəkidə 19, Tovuz, Yardımlı, Gədəbəydə 16, Şəmkirdə 15, Bakıda və Abşeron yarımadasında: Bakıda 23, Pirallahıda 20, Qum adasında 18, Binədə 17, Neft Daşlarında 15 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,2 metrə çatıb.