logo

Neft Fondu “Azəri-Çıraq-Günəşli”dən daha 244,9 milyon dollar qazandı

18:08 05-02-2021 | icon 2191
Neft Fondu “Azəri-Çıraq-Günəşli”dən daha 244,9 milyon dollar qazandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar ayında 244 milyon 946 min ABŞ dolları gəlir əldə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar olub.