logo

Yonca əkən Ziya Məmmədov belə şərait görə prezidentə təşəkkür etdi

16:56 05-02-2021 | icon 1911
Yonca əkən Ziya Məmmədov belə şərait görə prezidentə təşəkkür etdi

Bu gün sosial şəbəkələrdə dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə təqsirli bilinərək həbs edildiyi bildirilən sabiq nəqliyyat naziri Ziya Məmmədovdan xəbər var. 

YeniAvropa xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun həbs edilmədiyi, əksinə hazırda kənd təsərrüfatı işləri ilə məşğul oluduğu məlum olub.Bu barədə "unikal.org"a Z.Məmmədov özü məlumat verib:

"Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm",-deyə sabiq nazir bildirib.