ABŞ-ın “Bloomberg” agentliyi 2021-ci ilin yaanvar ayı üçün dünya milyarderlərinin maliyyə durumu barədə hesabat hazırlayıb.
YeniAvropa xəbər verir ki, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 2 gündə 337 milyon dollar qazanaraq 18,7 milyard dollar sərvətlə dünyanın 104-cü zəngini olub.
Qeyd edək ki, agentliyin reytinq siyahısında Vahid Ələkbərov Rusiyanın ən varlıları arasında 5-ci yerdədir.
Xatırladaq ki, zəngin iş adamları İlon Mask 202 milyard dollara, Cef Bezos 194 milyard dollara və Bill Geyts 135 milyard dollara sahib olmaqla dünyanın ən varlı şəxlsəri sayılırlar.