Baş Prokurorluqdan "Kat Holding”in rəhbərinin cinayəti barədə açıqlama
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız həbs olunması nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyaları təkzib edib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabrında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişinə təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədilə qərəzli olaraq Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar yayılıb.
Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 2020-ci il 10 iyun tarixli, həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 2020-ci il 12 iyun tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ötən il iyulun 16-da cinayət işi başlanıb.
İstintaqın gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.
“Bir daha KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmağa çağırırıq. Vətəndaşların hüquqlarının bərpa olunması istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə Baş Prokurorluğun məlumatında bildirilib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb