Ramiz Mehdiyevin həyat yoldaşını şərab üstə məhkəməyə verdilər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.
YeniAvropa xəbər verir ki, yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov "Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan "Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.
"Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.
Məlumat üçün bildirək ki, "Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. "Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində "Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.
Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.
Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.
Məlumat üçün qeyd edək ki, "Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də "Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin "Fireland Vineyards” MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.
Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda "Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb