logo

Paytaxtda evdən külli miqdarda pul  və zinət əşyaları oğurlayan yaxalanıb

15:10 04-02-2021 | icon 1799
Paytaxtda evdən külli miqdarda pul  və zinət əşyaları oğurlayan yaxalanıb

Nərimanov rayonunda oğurluqla məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 min ABŞ dolları məbləğində pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar təhqiqat aparılır.