Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunan Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyası platformasının altında gizlətdiyi nömrəsi silinmiş “AK” markalı silah, bir patron darağı və səkkiz patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, A.İsmayılov barəsində 3-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.