“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəbdəbəli villası ilə bağlı məlumat yayılıb.
YeniAvropa xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov "YouTube"da yeni araşdırmasını paylaşıb.
Onun sözlərinə görə. Qorxmaz Hüseynovun dəbdəbəli villası paytaxtın Xəzər rayonunda, Türkan qəsəbəsində yerləşir.
Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var.