Atası Səlim Müslümovun həbs xəbərini təkzib etdi
Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
YeniAvropa xəbər verir ki, Yanvar Müslümov "Trend"ə açıqlamasında yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun saxlanılması ilə bağlı xəbər yayılıb.
Yayılan məlumatlarda DTX keçmiş məmuru ciddi korrupsiya faktları üzrə saxladığı bildirilib.
Qeyd edilib ki, onun nazir olduğu dövrdə nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan 2 milyard manatdan çox dövlət vəsaiti yoxa çıxıb.
Bundan başqa Müslümovlara məxsus digər şirkətlərin siyahısı açıqlanıb:
"1.”ORİON GLOBAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2.”ORİON CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.
3.”ORİON CARS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4.”ORİON CREATİVE SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu – Asim Müslümlü Səlim oğlunun adına rəsmiləşdirilib.
Ağsuda Səlim Müslümovun 60 hektar, bacanağı Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi var. Səlim Müslümovun şəxsən özünün Pirhəsənli kəndindəki villası var.
Həmçinin Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini bitirdikdən sonra biznes fəaliyyətinə başlayıb.
Onun adına 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A-da hüquqi qeydiyyata alınıb.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb