Hər gün fasiləsiz olaraq mütəxəssislər Badamdardakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, prosesin dinamikasında zəifləmə qeydə alınsa da, tam qərarlaşma mövcud deyil: “Bunun üçün zamana ehtiyac var. Son günlərin yağışları yamacda süxurların qismən kolloidləşməsinə şərait yaradıb. Eyni zamanda, mərkəzi süxur kütləsinin axması zamanı sağ və sol cinahlarda qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Onların nəmişlik dərəcəsindən asılı olaraq dayanıqlılığı itmiş haldadır. Orada proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda bərpa işlərinə başlayaq”.