logo

Bakının relyefi sürüşmə proseini şərtləndirən amillərdən biridir

17:07 02-02-2021 | icon 2044
Bakının relyefi sürüşmə proseini şərtləndirən amillərdən biridir

Bakı şəhərinin relyefi və geoloji quruluşu müəyyən zamanlarda bəzi yerlərdə sürüşmə prosesinin baş verməsini şərtləndirən amillərdən biri sayılır.

YeniAvropa xəbər verir ki,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında Zığ, Əhmədli massivlərində, Qaraçuxur, Günəşli, Masazır, Nübar qəsəbəsi və Badamdarda sürüşmələr daha tez-tez müşahidə edilir: “Paytaxtın geoloji şəraiti sürüşmələr üçün əlverişli mühit yaratsa da, antropogen təsirlər və texnogen faktorlar da sürüşməyə meyilli sahələrdə bəzən prosesin dinamikasında süni şəkildə artıma səbəb ola bilir. Bunun üçün ilk növbədə böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin qarşısının alınmasına, yüklənmələrin maksimal dərəcədə azaldılmasına ehtiyac var. Çünki sadalanan üç amil və geoloji şərait sürüşmələrin dinamikasının artımına şərait yaradır”.