Ötən gün videoblogger Mehman Hüseynov "YouTube" kanalında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mülkləri ilə bağlı növbəti araşdırmasını təqdim edib.
YeniAvropa xəbər verir ki, Mehman Hüseynovun sözlərinə görə, fövqəlnazirin “Yaşıl Saray”ı Qəbələ rayonunda, Dəmiraparan çayının sahilində , meşəlik ərazidə yerləşir.
Mehman Hüseynov videoaraşdırmasını belə təqdim edib: “Vallah bizim məmurların gözü heç vaxt doyan deyil! Hələ bu bizim “çörək verən”, “iş yerləri açan”, “xeyirxah” adı qazanmış nazirimiz Kəmaləddin Heydərovdur. Nazirimiz öz evinə getmək üçün xüsusi körpü də saldırıb...”
Həmin eksklüziv görüntüləri təqdim edirik: