logo

2837 şəhidin ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib

14:52 02-02-2021 | icon 1841
2837 şəhidin ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib. Qeyd edilib ki, müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib.

Proses artıq başa çatmaqdadır.