logo

Xəzər dənizində zəlzələ olub

14:29 02-02-2021 | icon 1897
Xəzər dənizində zəlzələ olub

Fevralın 2-də Xəzər dənizində maqnitudası 3,5 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:03-də qeydə alınıb.

Zəlzələnin ocağı 58 kilometr dərinlikdə yerləşib.