Gəncə Dövlət Universitetinin binası təmir olunacaq.
YeniAvropa xəbər verir ki, bununla bağlı Universitet 19 saylı Tikinti təmir İdarəsi ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən ali məktəbin binası əsaslı təmir olunacaq.
Maraqlıdır ki, tərəflər arasında müqavilə 01 fevral 2021 tarixində bağlanıb. Lakin təmirin başlanma tarixi kimi 17 may 2019-cu il, bitmə tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Başqa sözlə, bu gün bağlanan müqavilə ötən il üçün nəzərdə tutulub.
Başqa bir maraqlı məqam ondan ibarətdir ki, 3 mərtəbəli binanın təmiri üçün univerrsitet idarəyə 8 milyon 360 min 635 manat pul ödəyəcək, yaxud da artıq ödəyib.
Ekspertlər isə belə hesab edirlər ki, həmin məbləğə 3 mərtəbəli universitet binasını söküb, yenidən tikmək mümkündür.