"Azəriqaz” 3 ay əvvəl quraşdırdığı sayğacları yenidən dəyişdirir
"Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ, əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.
YeniAvropa xəbər verir ki, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsi qeyd edib ki, "Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.
Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.
Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub.
O, həmçinin qeyd edib ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən asılı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq.
Qeyd edək ki, gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq.
Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib