Əməkdar artist Aybəniz Haşımovanın avtomobili Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.
YeniAvropa xəbər verir ki, Aybəniz Haşımova sosial şəbəkədə paylaşdığı statusla Bakı Nəqliyyat Agentliyinə öz etirazını bildirib.
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi onun avtomobilini həyətində cərimələyib.
“Bunların əlindən zara gəlmişəm. Az qalır ki, evin qarajindan da gəlib maşına cərimə yazsın. Bu nə biabırçılıqdır. Girib həyətin içində də maşına cərimə yazarlarmı? Bunun adı nədir?!…” ,-deyə əməkdar artist vurğulayıb.