logo

Gürcüstandan Azərbaycana idxal edilən çuğundur yararsız çıxdı

17:31 29-01-2021 | icon 1806
Gürcüstandan Azərbaycana idxal edilən çuğundur yararsız çıxdı

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya  verilən məlumata görə, Gürcüstanda fəaliyyət göstərən “Kakucha” LTD tərəfindən istehsal olunan və fiziki şəxs İsmayılov Rəhim Təyyar oğlunun ölkəmizə idxal etdiyi 24 min 800 kiloqram çuğundur məhsulu, həmçinin Gürcüstanda fəaliyyət göstərən "ОНУР" LLC tərəfindən istehsal olunan və fiziki şəxs Şükürov Ramiz Niyaz oğlu tərəfindən ölkəmizə idxal olunan 24536,5 kiloqram çuğundur məhsuluna baxış keçirilib. Baxış zamanı məhsul partiyalarından götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələrin nəticələrinə əsasən, idxal olunan çuğundur məhsulu partiyalarında nitratın qalıq miqdarının qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən yüksək olduğu və məhsulların istehlak üçün yararsızlığı aşkar edilib.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.