İşğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən 30 il ərzində 54 min 328 hektar meşə ərazisi məhv edilib. Bu rəqəmlər peyk görüntüləri əsasında qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, 30 il müddətində daha çox ekologiyamız ziyan çəkib. Həmin ərazilərdə yaşıllaşdırma işlərinə başlanılıb.