logo

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qarabağ sektoru yaradılıb

16:11 29-01-2021 | icon 1743
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qarabağ sektoru yaradılıb

Qarabağda həssas məsələlərin öyrənilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi sektor yaradılıb.

 YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

Mənfur düşmənin işğaldan azad olunmuş əraziləri tərk edərək yaşadıqları evləri yandırıb getdiklərini xatırladaraq bildirib ki, həyətlərdəki ağaclar belə kəsilib, məhv edilib.