Yanvarın 29-da saat 11:00 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təmizləmə qrupunun bölmə rəhbəri 1983-cü il iyulun 4-də anadan olmuş Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Tağıbəyli kəndində xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Agenkdən bildirilib.Qeyd edilib ki, nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və o, çoxlu saylı qəlpə yarası alıb.
Hazırda Mirzəyev Elməddin Tofiq oğlu Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.
Agentlik bir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.