Badamdarda baş verən sürüşmədə texnogen amillərin də rolu olub
Yanvarın 28-i axşam saatlarında Badamdar- "20-ci sahə" avtomobil yolunun sağ kənarında sürüşmə hadisəsi baş verib. Prosesin baş verməsinin səbəbi əsasən təbii amillərin təsiridir. Belə ki, sərt və maili yamacın olması, ərazinin geoloji quruluşunda iştirak edən süxurların fiziki-mexaniki xüsusiyyətləri və son aylar əraziyə düşən intensiv atmosfer yağıntıları sürüşməyə meyilli olan ərazidə prosesin aktivləşməsinə səbəb olub. Ərazidə sürüşmənin baş verməsində təbii amillərlə bərabər texnogen faktorların da rolu qaçılmaz olub. Belə ki, yamacın yuxarı hissəsində fərdi yaşayış evlərindən təsərrüfat sularının axıdılması prosesin dinamikasına öz təsirini göstərib. Hazırda əməkdaşlar tərəfindən proses öyrənilir. Sürüşmənin parametrləri, dərinlik ölçüləri, başvermə səbəbləri aydınlaşdırılır.
YeniAvropa xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.
O, bildirib ki, həmin ərazi Abşeron yarımadasında təhlükəli sürüşmə sahələri albomuna aid edilib.
"Bura sürüşməyə meyilli sahədir. Təbii proses gedir. Süxurların xarakteri elədir ki, müəyyən təsir və dinamika sürüşmənin əmələ gəlməsinə səbəb olur. Bu, qaçılmazdır. Atmosfer yağıntıları, maili yamac, süxurların fiziki-mexaniki xüsusiyyətləri prosesin yaranmasına zəmin yaradır. Burada təkrar sürüşmə ola da bilər.
Respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında müəyyən aktiv sürüşmə sahələri var ki, həmin ərazilərdə payız-qış aylarında əsasən yağıntıların təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınır. Bakıda və Abşeron yarımadasındakı sürüşmə sahələrindən Zığda, Masazırda Zəli gölünün ərazisində, Nübar qəsəbəsində prosesin dinamikasında nisbi aktivlik müşahidə olunur",-deyə Rafiq Həsənov bildirib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb