Badamdar yolunun sağ yamacında - "20-ci sahə" adlanan ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən baş verib. Ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması və son aylar ərzində əraziyə düşən intensiv atmosfer yağıntıları bu prosesi qaçılmaz edib.
YeniAvropa xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə tədqiqat işləri aparılır: "Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalar davam edir. Ərazidə təbii amillərdən başqa texnogen amillərin də təsiri var. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib. Hazırda tədqiqatlar davam etdirilir".