Hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında - 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparırlar. Sağ yamacda çox böyük bir süxur kütləsi aşağıya doğru sürüşüb və yola keçib. Sürüşmənin dilinin minimal hündürlüyü 90 santimetrdən yuxarıdır. Yolun aşağı sol hissəsindəki restoranın qarşı tərəfində bəzi dağıntılar baş verib.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
“İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində böyük kütlənin təsiri ilə qoruyucu divarlar da dayanıqlığını itirib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır. Bu məsələlər sabah araşdırılacaq”, -deyə ETSN rəsmisi qeyd edib.