logo

Rasim Məmmədov həbs edildi

20:10 28-01-2021 | icon 1960
Rasim Məmmədov həbs edildi

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib.

 YeniAvropa xəbər verir ki, ötən ilin yayında vergi və güc strukturlarının nümayəndələri Rasim Məmmədovun rəhbəri olduğu “Baku Steel Company”də yoxlamalara başlanıb.

Aparılan yoxlama nəticəsində qanunsuzluqlar aşkar edilib və R. Məmmədov həbs olunub. 

Xatırladaq ki, “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı iddia edilən – “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı "Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir.

Məlumata görə, sözügedən dövlət qurumları eyni zamanda Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparıb. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimallar var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilir. Hər halda bu iddialar ortalıqdadır və hazırda araşdırma predmeti olduğu qeyd olunur. Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcunun yaranması bu ehtimalı gücləndirir.