logo

Gəlinini doğrayıb Nəsimi rayonunda zibil qutusuna atan qaynata tutuldu

12:42 28-01-2021 | icon 2926
Gəlinini doğrayıb Nəsimi rayonunda zibil qutusuna atan qaynata tutuldu

Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə öldürülən şəxsin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.