Yanvarın 27-də paytaxtın Nəsimi rayonu ərazisində naməlum qadın meyitinin doğranmış vəziyyətdə hissələri aşkarlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.
İctimaiyyətə cinayət işi üzrə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonundakı 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında dörd ədəd kisədə və bir ədəd sellofan torbada doğranmış vəziyyətdə naməlum qadın cəsədinin hissələrinin aşkarlanıb.