logo

Baş həkim könüllü olaraq vəzifədən getdi

21:57 27-01-2021 | icon 1876
Baş həkim könüllü olaraq vəzifədən getdi

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub.

YeniAvropa xəbər verir ki, bu barədə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib.

"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi",- deyə  Yusif Quliyev bildirib.

Qeyd edək ki,  Y. Quliyev 2018-ci ildən Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib.