logo

"Qızılağac" qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb.

10:57 23-01-2021 | icon 1617
"Qızılağac" qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb.

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. Qeyd edilib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.