logo

Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

15:31 21-01-2021 | icon 1666
Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 21-də Hərbi Prokurorluqda keçirilən və 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib. 

Hesabat məruzəsi ilə çıxış edən baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları üçün də uğurlu il olub. Bildirib ki, əvvəlki illərdə olduğu kimi, Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub.