Xətai rayonunda keçmiş məhkumdan 5 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.