Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib . İclasda ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev məlumat verib.
Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda şura üzvlərinin yekdil fikri ilə ov mövsümünün yanvarın 22-dən etibarən açılması qərara alınıb.