Şabran rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib. Qeyd edilib ki, A.Hüseynli və M.Qədirov rayon ərazisində qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.