Azərbaycanda tullantıların idarə olunması məqsədilə 8 regional poliqonun yaradılması nəzərdə tutulub. Bunların bir neçəsi üzrə artıq işə başlanılıb.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, həmin poliqonlarda daşınacaq ötürücü stansiyaların da yaradılması planlaşdırılıb. Bununla bağlı ərazilərin müəyyən olunması və müvafiq kommunikasiyalarla əlaqədar məlumatların toplanması istiqamətində işlər artıq tamamlanıb.